Həzər qıl yarın, ey dil, gör gözü güncündəki xalı,O bir əyyar hindudur kim olmaz fitnədən xali

Şəbi-hicran nə nəhvilə ki sərf olmuşdur əhvalım,Bəyan etsəm əgər yara olurmu bilməzəm hali

Vüsalın surəti yoxdur əgər eşq olmasa kamil,Ki dün halım görüb vaiz bana çəkdi bu timsali

Basa hər pərdə qan tökdüm, ciyərdən qalmadı rəngim,Sürahi tək bu vəchilə uçurdum çehreyi-ali

Həvadan düşdü könlüm cism ü can əfsürdə olmaqdan,Düşər pərvazdan bir quş şikəst olsa pərü balı

Yüzün döndərdi məndən, bilməzəm, olmaq nədir vəchi,Kimin kim bəxti yar olmaz, dönər idbarə iqbali

Nigara, bir tərəhhüm qıl, Nişat əftadə qalmışdır,Hina tək qoyma kim qalsın bəla vü qüssə pamalı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq