İstər
Zimistan fəslində qəm alan canım,Dolanıb gəlməyə yeni yaz istər.Ürəkdə mətləbin kəm alan canım,Etməyə könlünü sərəfraz istər.
Səfərim xatalı, gülşənim barsız,İşləmir mətahım, olub bazarsız.Gövhəri-sərrafım dolanır karsız,Açmağa balü pər bir şahbaz istər.
Gah zaman oluram pərişanxəyal,Üruc edir ruhum bir laçın misal.Çıxa bir kənara, götürə cəngal,Gətirə əldə bir sərvinaz istər.
Nəfsiz ticarətçi olsa, qəm çəkər,Arsız bu dünyanın dərdin kəm çəkər.İman cümlə qayğı, sübhü şəm çəkər,Kim versə cavabım, tezcə yaz istər.
Kitabxana.az · https://kitabxana.az/works/novres-iman-ister
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bahar fəsli yaz ayları gələndəOxur bizim yerin qazalağları
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.