Həyat bir dövrandı, iki üzlüdü,Qarası görünür, ağı görünür.Hər sözün, söhbətin öz məqamı var,Çürüyü görünür, sağı görünür.

Bir barlı baqçaydım, barım kəsildi,Vaxtsız xəzan əsdi, karım kəsildi.Vətənimdən etibarım kəsildi,Qürbət ellər mana yağı görünür.

Növrəs İman haqdan istər payını,Dərdə düşsün muxənnəti, xayını;Yemə çörəyini, içmə çayını,Namərd süfrəsində ağı görünür.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən