Görüşdük
Necə könlün intizarım çəkirdi,Şükür haqqa, aşikarı görüşdük.Heyif, məni bir zəlalət götürdü,Könlüm aldı qəm qübarı, görüşdük.
Bir yandan fələyin zülmü, sitəmi,Salıb nə bəlaya mən bəxti kəmi.Doldurub sinəmə möhnəti, qəmi,Dolandırır bu rüzgarı, görüşdük.
Ayrıldıq, salamat qal, xüdahafiz,Mətləbin xudadan al, xüdahafiz,Yazıb göndərirəm hal, xüdahafiz,Sizi hifz eyləsin tarı, görüşdük.
Nə müddətdi, cəfa verdim, bilirəm,Göz yaşımı sədrim üstə ələrəm.İman deyər, bir də haçan gələrəm,Məskən qılam bu diyarı, görüşdük.
Kitabxana.az · https://kitabxana.az/works/novres-iman-gorusduk
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · İlahi eşq
Qoydu gözümü qəsdən o dilbər yolda.
Mən həbibi-pakizadəm, ey gunuhi-əşkiyaMən həbibi-pakizadəm, ey gunuhi-əşkiya,Bulmuşam kuyi-vəfada rahi-təslimi-riza.
MünacatVarlığımla, ürəyimlə,Hissim, duyğum, diləyimlə,
الوداع ای کعبه کاینک وقت هجران آمدهدل تنوری گشته و زو دیده طوفان آمده