Gözəldi
Bir dilbəri bəsləyibdi anası,Vəsfi düşüb bu cahana, gözəldi.Canana tay olmaz gölün sonrası,Bəzək verib cismü cana, gözlədi.
Savalan qarıdı onun sinəsi,Gövhərdi kalamı, ləldi kəlməsi.Dinəndə, insana xoş gəlir səsi,Şəkər əzib dil-dahana, gözəldi.
Gözdən qoymaq olmaz belə sirdaşı,Nə gözəl çəkilib, qaradı qaşı.Tərlan tamaşalı, xublarm başı,Dəyişmərəm ol qılmana, gözəldi.
Mahalda, obada heç tayı yoxdu,Qəmzələri neştər, kirpiyi oxdu.Bu dünya üzündə gözəllər çoxdu,Doğrudan da, bu bir dana gözəldi.
Xəstəyəm, dərdimə ləbləri şəfa,Bir kərə gəlmədi mürvət, insafa,Hər zaman yolunda çəkirəm cəfa,Cövrü sitəm bu İmana gözəldi.
Kitabxana.az · https://kitabxana.az/works/novres-iman-gozeldi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Öldürmə cövr ilən məni kim, yarunam sənün,Qıl bir nəzər ki, yari-vəfadarunam sənün.
Həyat eşqiSiz ey dost olduğum, qardaş olduğum,Siz ey hər sirrinə sirdaş olduğum,
Xoş xəbərdimiAğrın alım, namə, söylə eşidim,Bizə gətirdiyin xoş xəbərdimi?
Nigara eşqüñüñ fəryad əlindənNigara eşqüñüñ fəryad əlindənKi qalmaz hicrüñüñ azad əlindən