Ağbaba deməsəm dilim lal olar,Çıxarmı yadımdan Ağbabam mənım?Necə ağlamayım, necə yanmayım,Dağılan, talanan el - obam mənim.

Bir tanrı kiridər mən tək ağlarıNə vaxtdı gözlərim görmür dağları.Öləni çox oldu, hanı sağları,Uzaqlarda qalan yurd - yuvam mənim.

Heydər, ələ gəlməz o gedən çağlar,Qız - gəlin yasdadı, qaralar bağlar.Göyləri titrədir nalələr - ahlar,Dərdü qəmim mənin, bədduam mənim.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət