Mən bilmirəm kimə deyim dərdimi
Mən yazığın qəm doludu sinəsi,Mən bilmirəm, kimə deyim dərdimi?Hicran yeksanıyam, qəm tarümarı,Mən bilmirəm, kimə deyim dərdimi?
Şura gəlib xoş günümüz vay olub ,Ağlamaqdan göz yaşlarım çay olub,İlim bir qərinə, günüm ay olub.Mən bilmirəm, kimə deyim dərdimi?
Fələk daşım atdı çox uzaqlara,Çıxıb Ağbabadan gör düşdük hara!?Arif yoxdu, dərdim çəkəm bazara,Mən bilmirəm, kimə deyim dərdimi?
Danışmağa sözüm qalmıyıb mənim,Ağlamağa gözüm qalmıyıb mənim ,Kül olmuşam, közüm qalmayıb mənim,Mən bilmirəm, kimə deyim dərdimi?
Şan – şan oluf sizlar sinəmdə dağlar,Nə cərrah sariyar, nə təbib bağlar.Bu dərdləri yağı görüb qan ağlar!Mən bilmirəm, kimə deyim dərdimi?
Ələnib saçıma dünyanın qarı,Qəm üstə köklənib, könlümün tarı.Tutub tellərimdən qəm cəlladları.Mən bilmirəm, kimə deyim dərdimi?
Qul Heydərəm, müxənnətə yağıyam,Hicran şəhərində, ev tustağıyam.Bu qoca vaxtında qəm tapdağıyam,Mən bilmirəm, kimə deyim dərdimi?
Kitabxana.az · https://kitabxana.az/works/asiq-heyder-men-bilmirem-kime-deyim-derdimi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Yoxdu mən tək sevgidə bir kəs ki püriqrar ola,Sevilə həm də sevə zahirdə leyk biyar ola.
Ümid əzrailə qaldıZənn eylədi, cahil bu cahan cahilə qaldı,Cahillə mənim söhbətim İsrafilə qaldı.
ای دل اینجا کوی جانان است از جان دم مزناز دل و جان جهان در پیش جانان دم مزن
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir