Ağlasın
Sallana-sallana gələn gözəlin,Dördü qahqah çəksin, biri ağlasın.Bir azca toxdasın, gəlsin özünə,Verməsin özgəyə siri, ağlasın.
Çıxarsın qaranı, geyməsin qara,Qara olan salıb onu azara.Al-yaşıl geyinib çıxsın bazara,Dərdi olan gəlsin bəri, ağlasın.
Aşıq Heydər deyər, hər vaxt gördüyün,Kor olsun düz işə salan kor düyün.Allah qismət etsin barı toy-düyün,Adını deyirəm Pəri ağlasın.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-heyder-aglasin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Mah Olan Yerdə
Doğarmı ay u gün göydəYüzün tək mah olan yerdə
Zurnaçılar işə başladıZurnasın molla Qəni köklədi saz etdi yenə,Çaldığı nəğməsini dur diraz etdi yenə.
Boz külümdənAramızda Qara dənizGörünmür ucu, bucağı,
Könlüm səni istərYüz gər mənə canan ola, könlüm səni istər,Yüz afəti-dövran ola, könlüm səni istər