Ay hayıf, hayıf
Mehrü məhəbbətin oduna yandım,Yar məni unutdu, ay hayıf, hayıf!Məcnun olub səhraları dolandım,Qara baxtım yatdı, ay hayıf, hayıf!
Ay ellər, Kərəmdən mən betər oldum,Bu fani dünyada dərbədər oldum.Qınımda saraldım, gül təki soldum,Arzularım batdı, ay hayıf, hayıf!
Uşaqkən basdılar əlim “Qurana”,Bircə ümid qaldı göydə durana.Düşdüm dost yolunda qara - borana,Dost da məni atdı, ay hayıf, hayıf!
Qaxtağanlar tapdı fası, firəngi,Namərdlər verdilər əlinə tüfəngi.Torpaq qana batdı, dəyişdi rəngi,Gör məni kim satdı, ay hayıf, hayıf!
Heydər yana - yana köçür dünyadan,Ağlama, sözümü çıxarma yaddan.Unutma düşməndir qaxtağan nadan,Ömrüm başa çatdı, ay hayıf, hayıf!
Kitabxana.az · https://kitabxana.az/works/asiq-heyder-ay-hayif-hayif
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Düşmüşük yollara, qismət Allahdan,Bəxtimizi qara, ya da ağ eylər.
GəlYekə - yekə çox danışma, ay gədə,Götür sazı, gir meydana, cəngə gəl.
Gəl eşit məniDarıxma, darılma, dərdə qayım ol.Əlbət, tanrı verər sənə da bir yol.
Getdi şan-şöhrətim, daha nə deyimNəyinə güvənim mən bu dünyanın,Getdi san - söhrətim, daha nə deyim!?