Zurnaçılar işə başladı
Zurnasın molla Qəni köklədi saz etdi yenə,Çaldığı nəğməsini dur diraz etdi yenə.
İki-üç məscidə yazdırmış özün hər birisi,Leyk şeyxin hamıdan bolludu xam müştərisi,Dişi, erkək, təzə gəlmiş neçə huri-pərisi,Düzədib dükkanı, vıstavkanı baz etdi yenə,Zurnasın molla Qəni köklədi saz etdi yenə.
Altı ay molla Ələsgər götürüb nisyə şərab,Borcluya mahi-məhərrəmdə gərək versin hesab,Kamiyab etmədə saqqalını rəng ilə xəzab,Darayıb xəttini min işvəvü naz etdi yenə,Zurnasın molla Qəni köklədi saz etdi yenə.
Beh verib molla Tağı altı nəfər dul qadına,Pul yığandan sora siğə qıla allah adına,Verəcək xərc Nəcəfdən gətirən arvadına,Şeyx, əmi ülgücü başlarda təraz etdi yenə,Zurnasın molla Qəni köklədi saz etdi yenə.
Saxlayır molla Hüseyn növhə deyən vaxt dəmi,Kamiyabın zili, Şeyx həzrətinin zir-bəmi.Tərpədir qəhqəhə vurduqca başında kələmiAyəyi inkirillah sövti fəraz etdi yenəZurnasın molla Qəni köklədi saz etdi yenə.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-zurnacilar-ise-basladi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yerdə əyyami-məhərrəm, şiələr qan ağladı,Ay tutuldu nalədən, göydə qəmər qan ağladı.
Şeyx əmi!Üstünə sal tazə əba, şeyx əmi,Saqqala yax rəngü həna, şeyx əmi!
Ağa dərvişBir tazə qəsidə edib inşad ağa dərviş,Xırmanda qurub şivənü fəryad ağa dərviş.
Ağam vayBilməm nə var adında, ey şəhsəvar, ağam vay!Titrər adın gələndə, xurdü kübar, ağam vay!
Başqa şairlərin şeirləri · Satira
“Kəlniyət!” Al bircə qələmdan, kağız,Tezlik ilə jurnala bu vəzni yaz,
Qəribə nitqGecə-gündüz sənətim yazmaqdır ancaq mənim,Qəlbim söz dəryasıdır, taleyimə bax mənim,
Bakı pəhləvanlarınaKönlüm bulanır küçədə cövlanını görcək,Nitqim tutulur hərzəvü hədyanını görcək.
NəzmEylədilər məsləhət bir neçə ağa, rəis,Ta açalar mədrəsə, məsləhəti-amra.