Çoxdan ürəyində tutmuşdun məni,İndi ki gəlmişəm, çıx meydanıma.Aslansan, pələngsən, filsən, kərkədan,Betər alov kimi ax meydanıma!

Qəlbini yandırır kinin, küdrətin,Caduda, pitikdə çoxdu qüdrətin,Sən bilən deyilsən qədir-qiymətin,Gurla ildırım tək, çax meydanıma!

Mən Aşıq Heydərəm, sığınnam haqqa,Şeytansan, olsa da başında cıqqa,Qapına gəlmişəm, çıxarma hoqqa,Yaxşı nəzər yetir, bax meydanıma!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri