Gedirsən
Mal sahibi necə gördün halını,Fələk pəncəsinə düşmüş gedirsənBəyənməzdin dürlü libas geyməyi,Niçün cismi üryan olmuş gedirsən
Tutmaz idin bir füqərənin əlini,Sormaz idin bir yoxsulun halınıHalal haram qazandığın malını,Bu dünyada açmış tökmüş gedirsən
Malım var deyib göyə uçardın,Məclislər qurub badə içərdinGözəl gözəl məhbubları qucardın,İndi qara yerə çökmüş gedirsən
Dərdli Kərəm aydır necə olur halım,Mənə səndən oldu ey qanlı zalımHeç vədəyə baxmaz yetişər ölüm,Əcəl şərabını içmiş gedirsən
Kitabxana.az · https://kitabxana.az/works/kerem-gedirsen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Mey və meyxana
Saqi, ələ al cami-səfabəxşi-rəvani,Lütf eylə dəmadəm bizə ol ruhi-rəvani.
YaxşıdırNamərd ilə şirin şərbət içməkdənMərd ilə içməyə ağu yaxşıdır.
می زدم با یاد ابرویش شراب ناب خوشداشتم وقت خوشی امشب درآن محراب خوش
Truppa deyirQoy törənsin min cürə yersiz rəzalət səhnədə,Eylərik zira bununla biz ticarət səhnədə.