Əsli
Rast gəldik şükr gördüm cəmalın,Məhşərə qaldı divanım ƏsliMən bilirəm səni mənə verməzlər,Ağ məmənin dağına dolanım Əsli
Dünyanın dövləti gəlməz eyninə,O qulac qolun dola boynumaGirgilən Kərəm qıl gəlib qoynuma,Aralıqda çoxdu peymanım Əsli
Mən Kərəməm neyləmişəm bilmərəm,Qara bağrım xəncər ilə dilərəmBir canım var sənə qurban eylərəm,Qurbandır başına bu canım Əsli
Kitabxana.az · https://kitabxana.az/works/kerem-esli
← → düymələri ilə keçid, R — təsadüfi şeir