Saqi, ələ al cami-səfabəxşi-rəvani,Lütf eylə dəmadəm bizə ol ruhi-rəvani.Sun bizlərə ol bədəni kim, əqlrübadır,Huşyar olan adəm çəkəməz bari-girani.Səhbayi-dili-arifi ləbrizi-şərab et,Ta ərzi-cəmal eyləyə əsrari-nihani.Ol mey ki, onu nuş ediyor zümreyi-əhrar,Şayani-məlamət görəməz kimsə cavani.Azad olayım dərsən əgər dəsti-bələdən,Dərk etmə şüunati-xirədsuzi-cahani.Yüz min həsəd ol cahili-gümkərdəşüurə –Bilməz qəmi möhnətkədeyi-kövnü məkani.Qabilmidir aqil ola tabaveri-möhnət?!Əql olsa cavan, pir qılar şanlı cavani.Bilmək nə demək? Salibi-asayişi-candır.Bilmək edər, əlbəttə, qəmabad cinani.Rahətmi yaşar mə'rifətənduzi-məali,Eyləri təbəssüm rüxi-ərbabi-məani?Ol dil ki, edib hüzni-ümumi ilə ülfət, –Zənn etmə görər bir daha rüxsari-məsərrət.

20 zilhiccə (5 fevral)

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana