Nəsimi-səbayə niyaz
Ey səba! Bir bu gətir xaki-rahi dildardən,Məhv edib könlüm qəmin, bəxş et bəşarət yardən.Söylə ağzından nigarın ruhpərvər bir kəlam,Bir məhəbbətnamə lütf et aləmi-əsrardən.Sevgili yarın yolundan, ey nəsimi-sübhi-mehr, –Tutiya göndər, fəqət gizlin ola əğyardən.Can məşamın eyləyim tə'tir lütfündən sənin,Ən gözəl iylər gətir canə dəhani-yardən.Çox zamandır görməmiş dil çöhreyi-məqsudini,Saqiya, son mey bizə ol cami-seyqəldardən.Bu dili-divanəmiz gəlmir geri zəncir ilə,Lütf qıl bir həlqə ol geysuyi-ənbərbardən.Rahət olmaqlıq üçün bu çeşmi-xunəfşanımız –Al gətir torpaq, səba, şol rəhgüzari-yardən.Ey səba, sən tutiya bəxş eylə, kor olsun rəqib,Qorxamaz əhrar, Hadi, tə'neyi-əğyardən.Sadədillik, xamlıq adət deyil aşiqlərə,Ver xəbər sən, ey səba, dildari-əfsunkardən.Bağı-hürriyyətdə, ey quş, şükr kim, azadəsən,Bu əsarətpərvərənə müjdə ver gülzardən.Yarsız ruhum dimağı səbrdəndir təlxkam,Yarsız ruhum dimağı səbrdəndir təlxkam,Bəxş qıl bir işvə ol ləbi-şəkkərbardən.Hafizin ol xirqeyi-kəmqədrin et rəngin bəmey,Son gətir məstü xərab iştə onu bazardən.
Kitabxana.az · https://kitabxana.az/works/hadi-nesimi-sebaye-niyaz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məktəb nə demək? Şəmsi-şəbistani-cəhalət.Məktəb nə demək? Gülşəni-ürfan, kəmalət,
Mənaziri təbiətBaxılsa eyni-həqbin ilə aləm Turi-Sinadır,Giyahi-mövcəzən ahəngi-lahutilə guyadır.
Mələkim, nədir o?Nuri-vəfamıdır nigəhindən uçan ziya?Gözlər könül açılmaq üçün gül dodağını.
Mə'şuqəməVəhşi baxışın göstəriyor qaçmağı, ammaBu vəhşəti tərk eylə, rəfiqin mədənidir.
Başqa şairlərin şeirləri · Eşq
Bir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
Genə dildar səri-kuyi bu gun yadə düşübGenə dildar səri-kuyi bu gun yadə düşüb,Dili-uftad olub uftadəvu uftadə düşüb.
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
YarasaBir kəlmə sözümdən nə tez incidin,Gəl apar ömrümü sənə yarasa.