Mələkim, nədir o?
Nuri-vəfamıdır nigəhindən uçan ziya?Gözlər könül açılmaq üçün gül dodağını.
Gülşən pərisi açmağa əndami-ibtisam,İstər nəsimdən duya bilsin sorağını.
Mürği-məhəbbətim uçuyor bağı-qəlbinə,Ey gülnəhal, göstər ona gül budağını.
Tiflanə tərz ilə gəlir ağuşi-nazinə –Tifli-dilim, aç ona, gəlsin, qucağını.
Ol gördüyün qaramı düşüb qəlbi-laləyə?Qəlbim kimiydi bəsləmədə lalə dağını.
Düşsə nigahı çöhrənə tüffahi-əhmərin,Məhcub olur görəndə bu əhmər yanağını.
Yusifləri əsiri-çəh etməkçin, ey sənəm,Aç, aç, əyan qıl o zənəxli buxağını!
Gizlətmə zülfünü, qıl onu ziynəti-üzar,Tök ruyi-qönçərənginə rövnəqlə bağını.
Mahiyi-dil ki aşiqidir dami-hüsnünün,Ümmani-eşqdən, gözəlim, çəkmə ağını,
Ey kainati-ruhuma sultan olan pəri!Yandır biladi-qəlbimi, pozma dimağını.
Nuri-xəyalın ilə həqiqət dilimdədir,Könülümdən əksik etmə xəyalət çirağını.
Ey mütribi-hərəmgəhi-lahut, dəmbədəm –Çal sazi-dilnəvazını, göndər bəlağını.
Gözdən iraq Hadini, qəlbindən etmə dur,Bir lütfin ilə oxşa, a hurum, irağını!
Ərbabi-zilalın əməli cümlə həbadır,Bu mənzərə, əlhəq ki, səzavari-bükadır.
Türklər nə gözəl məsəl demişlər:"Dünyanı ümid ilə yemişlər".
Kitabxana.az · https://kitabxana.az/works/hadi-melekim-nedir-o
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən bir kitab, hər vərəqim min kitabdır,Ayati-məhkəmati bütün inqilabdır.
MəktəbMəktəb nə demək? Xadimi-qüdsiyyəti-millət.Məktəb nə demək? Baisi-ülviyyətü şövkət.
Məktəb şərqisiMəktəb nə demək? Şəmsi-şəbistani-cəhalət.Məktəb nə demək? Gülşəni-ürfan, kəmalət,
Mənaziri təbiətBaxılsa eyni-həqbin ilə aləm Turi-Sinadır,Giyahi-mövcəzən ahəngi-lahutilə guyadır.
Başqa şairlərin şeirləri · Eşq
Nə fəğan eylərsən, ey dəli könül,Dünya xublarının yoxdu vəfası.
YarMən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
شکایت کرد روزی دیده با دلکه کار من شد از جور تو مشکل