Vətən seylabi-istibdaddən viran olub yeksər,Vətən övladı qürbət içrə sərgərdan olub yeksər,Vətən əhrar üçün bir guşeyi-zindan olub yeksər,Vətən gülşənsərası bir müğilistan olub yeksər,Vətən bülbülləri sər ziri-pər, nalan olub yeksər,Vətən bir dəşti-hövləngizü ğulistan olub yeksər.

Olarkən Məğribü Məşriq təcəlligahi-hürriyyət,Vəsət əhli, səbəb nolmuş, edə ikrahi-hürriyyət?Təcəlla eyləməz çərxi-vəsətdə mahi-hürriyyət,Bular Fir'oni-istibdad üçün Haman olub yeksər,Fəsadü məl'ənətdə taliyi-şeytan olub yeksər.

Vətəndə rəhmdil yox, qatili-səffaklər çoxdur,Tapılmaz gərçi Gavə, ah... kim, Zöhhaklər çoxdur!Zəkidir gərçi millət, sahibi-idraklər çoxdur,Nə hasil, Şeyx Fəzlüllah tək napaklər çoxdur,Vücudu qədri məkrü hiyləvü tüğyan olub yeksər,Xəyalı məhvi-mülkü milləti-İran olub yeksər.

Təməddündən əsər yox, zillətü vəhşət firavandır,Qəsavət gün-gün artar, qəhtiyi-insafü vicdandır,Cəfa yox, zülm çoxdur, nari-istibdad suzandır,Bu təzyiqatdən əhrarü məzluman cigərqandır,Vətən əhli cəfavü cövrdən nalan olub yeksər,Mücəssəm bir ənini-naləvü əfğan olub yeksər.

Oyan, ey milləti-mərhumə, vəqti-sə'yü qeyrətdir,Əsarət rəxnələnmiş, sə'y edin, fürsət qənimətdir,Edin tə'mini-istiqbal madam əldə fürsətdir,Əgər mətlubunuz ehyayi-dinü mülkü millətdir,Bugün şah ilə millət misli-cismü can olub yeksəp,Qərəz əhli zəlilü naili-xizlan olub yeksər.

Əgər dövlət riayət qılmasa, millət olur fani,Şərakət qılmasa millət əgər, dövlət olur fani,Bular gər ittifaq etsə, qəmü möhnət olur fani,Vətən xoşbəxt, millət şad, həm zillət olur fani,Görürsən kim, vətən mə'muri abadan olub yeksər,Müğilistan dönüb bir rövzeyi-rizvan olub yeksər.

İlahi! Dövləti-məşrutəni sən payidar eylə,Müsavat ilə hürriyyət əsasın üstüvar eylə,Ədalət təxti üzrə şahi-adil bərqərar eylə,Vətən xainlərin məxzulü xarü şərmisar eylə,Necə kim, daima xain işi xüsran olub yeksər,Cəzadə müstəhəqqi-həfreyi-niran olub yeksər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən