Şəhidlərin, qaçqınlarınÜstümüzdə min ahı var.Çatdığımız bu nöqtədəHamımızın günahı var.

Düşmənimiz arxalandıSilahına, öz gücünə.Zora təslim olan torpaqQaytarılmaz söz gücünə.

Əldən getdi yurd-yuvamız,Necə dözdük bu dərdə biz?Qaytarmaqçın haqqımızıƏl açmayaq namərdə biz.

Düzü budur: Bu dünyadaGücün varsa, sözün haqdır.Gücün yoxsa, son əlacınXəcalətdir, utanmaqdır.

Bir zamanlar neçə-neçə döyüşlərdənQalib çıxan qalalara baxdıqca mənKeçmişimlə indim durur yan-yanaşı.Keçmişimdən bu günüməYağır indi töhmət daşı.Alışıram için-için,Sual qopur ürəyimdən: Neçin, neçin?

Babaların ucaltdığıBizim qalib qalalardan utanıram.ÇadırlardaDonan körpə balalardan utanıram.Bu torpağı qorumağıÖzümüzə borc bilmədik.Vətən getdi,Vətəndaşlıq zirvəsinə yüksəlmədik,utanıram.

Vətən getdi, şeir yazdıq:"Sən mənimsən, ana Vətən".Vətən getdi, nitq dedikUca-uca kürsülərdən,utanıram.Vətən getdi, el talandı,Didişirik biz hələ də.Biz iqtidar uğrundakı döyüşlərdənUsanmadıq bir gilə də,utanıram.

Söz altında yatammırdıq,Diz altında yatan olduq.Dədələrin qazancınıNəfsimizə satan olduq.Yurdu satmaq hesabınaArzumuza çatan olduq,utanıram.

Səbrimizin dolub daşan kasasından,Şəhidlərin alınmamış qisasından,Onların qan bahasından,Bu millətin qəhrəmanlıq dühasındanutanıram.

Biz hələ də çalxanırıqƏsr keçdi, durulmadıq.Kütləyik, bu çək-çevirdəƏlənib millət olmadıq,utanıram.

Qəbirlərin baş daşını oğurlayan,Yaşamaqçın ölü soyanGədələrin özümüzdən olduğunautanıram.

Bu millətin acı-doğru, toxu-oğru.Aclarına acıyıram,Mən toxuna utanıram.Ölün varsa, vay halına!Arxa çevir düzlüyünə, amalına!Bir qəbirlik yer almaqçınƏtək-ətək Rüşvət gərək!Haqq evinə gedəndən də haqq istəyənŞərəfsizə nə deyim mən?Ölüm-ucuz, həyat-baha,İndi ölüm, yaşamaqdan min qat baha!O da haqdır, bu da haqdır.Mənim kimi binəvanınSon əlacı utanmaqdır.

Yarəb, necə millətdi bu?Başdan-başa zillətdi bu.Öz-özünə qənimdi bu.Hər nə isə mənimdi bu,Əsrlik qan düşməninəDeyə bilmir son sözünü,Amma qırır öz-özünü,utanıram.

Cırtdan boyda ÇeçenistanDəvə boyda Rusiyaya dərs verəliOnu şöhrət məqamındanendirəli

Mən özümü necə varsa,Elə görüb utanıram.İndi çeçen qeyrətindənDərs götürüb utanıram.Bu ölkənin sərvətiniO satalı, bu satalı,Vətən olub hərrac malı,utanıram.

Çadırlarda el qırılır,Toylardasa pul cırılır,utanıram.

Özgəsinin qoltuğunda yuva qurmuş,Özgəsinin fitvasıylaÖz xalqına tələ qurmuş,Özgəsinin əli üstdəİqtidara can atan kəsBu millətə əsl oğul ola bilməz.Bizimkidir o namərd də.Buna dözmür, mən yanıram.Satqına yox, satqınlığa utanıram.

Elə bildik, bu bəlalarAllah yazan qədər imiş.Bizim də Vətən sevgimizUtanmağa qədər imiş.Bu torpağı qorumağıÖzümüzə borc bilmədik.Vətən getdi,Vətəndaşlıq zirvəsinə yüksəlmədik.Heç olmasa bu gerçəyə biz inanaq.Sonuncumuz qalanadəkYa vuruşaq, ya utanaq!

Mart, 1995

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən