Demirəm göy kimi ucadır adın,Yox, yox alçalmasın söhbətin, sözün.Sən ki yaranışdan oxşar olmadın,Ancaq özün kimi böyüksən özün.

Əyilib alnından öpəndə hərdənKönül dodağıma bir də öp, - deyir.Ağarmış saçına əl vuranda mənƏlim Şah dağının başına dəyir,

Mən səni bağrıma basanda bərk-bərk,Gör nələr düşünüb, nələr duyuram!Elə bil Göyçaydan KamçatkayadəkVətən torpağını qucaqlayıram.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən