Motsarta yox,deyərdim:özünə verdi zəhərini.O vaxtdan heç kim çalmıronun bircə əsərini.Demək, heç nəyi yoxmuş.Həyatı bir qızdırmalınınGördüyü yuxuymuş"Namərd qardaşlıq məzarında"basdırdılar yazdıqlarını.DahiliyinŞahlıq taxtınayozduqlarını.Dirildib MotsartıDemək istər:– Ver mənəöz halalca zəhərimi.Dinləmək istəyirəmHeç olmasa bir əsərimi,Zəhərimi ver mənə,Öz puluma aldığım zəhərimi.Tök dostunun piyaləsinə yox,lap boğazına.Yaşasın yazdıqlarıHeç olmasa,müdhiş ölüm bahasına.Qurtar yer altından canını.Susan görümSənin musiqininməni boğan,batıran,Boy verməyən okeanını.Motsart bacarsa deyər:

– O zəhərimən heç bir zamantökmərəm boş boğazınaki, notlar əsəriminməzarı olsunbir nacinsinölümü bahasına.Gözüm yoxdursən yaşayan dünyada.İstəmirəm gözəlliyiniordakı qışın, yazın.Qara torpaqmənə daha xoşdur.Təki həsrətlisi olduğuməsərlərim yaşasın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri