Gözəl qız, sən saf susan,İki qəlb arzususan.Mənsə səni sevirəmSusuzluğun od vurub köz kimi yandırdığıdodaq su sevən kimi.O isə səni sevir,rahatca bardaş qurub,– Kabab üstdən sərin su pis olmaz - deyən kimi.Gözəl qız, sən işıqsan,

Yurduma yaraşıqsan.Mənsə səni sevirəmiynənin ucu boydaİşığa həsrət qalan göz işıq sevən kimi.O isə səni sevir,Bir şən mağarda, toyda,İşıqlardan yaranmış yaraşıq sevən kimi.Danış, ucalsın səsin,Qısılmasm nəfəsin.Mən ki səni sevirəm,Bakıdan, DaşkəsəndənGələn bir səda kimi,Səs kimi,Qüdrət kimi.O isə səni sevir,Gizli deyil ki, səndən,Bir otaq küncündəki qəmli sükunət kimi.Bu mən, bu o, bu da sən,De görək, nə deyirsən!Arama yaxşı fikir ver bu iki məhəbbətə.Daha heç nə demirəm.Nöqtə, nöqtə və nöqtə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq