Kür, sənə bənzəyən nəğməm olaydı!
Ey Kürüm, sanıram bir xoş nəğməsən,İndicə qopmusan min-min dodaqdan.Sənintək mənalı bir nəğməni mən"Hardasan", - deyərək gəzirəm çoxdan.
Doldurub ovcuma sərin suyunuSevdiyim nəğmənin bir damlasıtək,Ey könül, deyirəm, seyr elə bunu,Mənalı olmağı bundan öyrənək.
Yazdığım nəğmə də istərəm ki, mənSədada, qüdrətdə tamam sən ola,Həvəslə, zövq ilə həm dinlənilən,Həm də ki, gözlərə görünən ola.
Axar ürəyimə yüz ömrün kamıO əziz yaransa elə su kimi.Qoy belə olmasa könlün ilhamı,Dağılsın bir uşaq yuxusu kimi!
Sənintək, a Kürüm, mənim də nəğməmAxa şəhərlərə, axa kəndlərə.Mildə iş qurtarıb susanda aləm,Xoş səda salaydı aynabəndlərə.
O da dalğalanıb, yeriyib arx-arxBu ana torpağı qucaqlayaydı.Sən ellər gəzəndə işıq saçaraq,Sözüm könüllərə şəfəq yayaydı.
Sənintək axaydı, səsim də, a çay,Muğanda "su" deyib yananda düzlər,Mənim də nəğməmi tarlada hər yaySərin suyun kimi içəydi qızlar.
Hər könül istəyim, könül harayımEllərin qeydinə belə qalaydı.Heç nə istəmirəm, mənim Kür çayım,Bir sənə bənzəyən nəğməm olaydı.
Kitabxana.az · https://kitabxana.az/works/eli-kerim-kur-sene-benzeyen-negmem-olaydi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Çəltik deyir:**Taxılların başıyam,
SoxtalarAləm içrə zahirən çox mehribandır soxtalar,Qəlbiniz heç sınmasın kim əlamandır soxtalar
Tibb dünyasınaSağlam vücudda sağlam beyin, sinir bulunur,Sağlam beyində sağlam ağıl, fıkir bulunur,
Deyişmə (Bədihə): Göstərəndə qaşlarının tayını— Həsən:Göstərəndə qaşlarının tayını,