Əhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,Müntəha qovruldum tənəli sözdən,Pərvanə tək yandım ayağa hərai.

Sevdiyim al geymiş ələ yapışur,Bu sənin könlümüz ələ yapışur,Bizdə bir nişan var ələ yapışur,Məxnəs yapışur ayağa hərai.

Kabildən gəldik demiş gülünə,Bülbül ərzi-halın demiş gülünə,Şikəstə Qasımın demiş gülünə,Sən özün yetiş gəl ayağa hərai.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri