Ey qazilər, gəldi qəzadan bəla,Bir olmaz müsibət dövran eylədi,Yüz verdi qovğayi-dəşti-Kərbəla,Rus Gəncə şəhərini viran eylədi

Neyləsin bisahib evdə qalan can,Sübh-şam ah çəkib qan ağlaşan qan,Gəl yetiş imdada, ya Sahibəzzaman,Kafir islam halın yaman eylədi

Gəncə xalqı oldu xakilə yeksan,Boyandı qalası oldu qızıl qan,Gördü mələklər huri ilə qılman,Ərş üzündə ah və fəğan eylədi

Cavad xandan oldu mələklər razı,Pozulmaz qəzadan yazılan yazı,Xəbərdar olmadı cəngavər qazi,Nə bir kömək Şəki, Şirvan eylədi

Cavad xan ki zühur etdi anadan,Bir mərd idi əzəl başdan bünadan,Şəhid çıxdı, getdi darı-fənadan,Mənzilin rövzeyi-rizvan eylədi

Qırdılar aləmi məsum canları,Tökdülər məscidə seyid qanları,Onların naləsi, ah-əfğanlarıTutdu ərşin üzün duman eylədi

Şair onda məzlum olan canlarınHaqq eylər divanın ol yamanların,Mən də heyranıyam ol zamanların,Görüm Oğurluxan divan eylədi

Təsadüfi şeir

Başqa şairlərin şeirləri · İlahi eşq