Ürəyim boylanır o yerə sarı,Gözlərim yol çəkir...çəkir yolları.Gah hava yolunu,gah su yolunu,Gah şosse yolunu, arzu yolunu.Tökülür üstüməyollar qovşağı.Alnıma,üzümə dolur qırışıq.Gözlərim yol çəkirneçə diyarla,şəhərlə qarışıq,kəndlə qarışıq.Gözlərim o qədəryorğun olur ki,Gözlərim o qədəryolla dolur ki,Gecə sübhə qədər,şirin yuxu tək

Tökülür onlardansinəmə yollar,neçə kənd, şəhər,nə qədər diyar.Doludur yollarla gözümün içi,Gözümün üstə də yollara yer var...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri