Altıncı festivalamən də gedirdim o vaxt...Uçmuşdu MoskvayaÜrəyim məndən qabaq.Nəhayət, ona çatdım...Aşıb-daşırdı şəhər.Məhəbbət kimi safdı,mehribandı al səhər...Dolmuşdu nəğməylə göy -dərya suyla dolan tək.Göydə nəğmə, göyərçin -göydə neçə min ürək...Söz axırdı könlümünbütün üfüqlərindən,Sevinc dalğası idimsevinc dəryasında mən.Hər küçədə bir ölkə...Hər yerə, hər ölkəyəAvtobuslar işləyir.

Hər ölkə nəğmə deyir...Xalqlar necə yaxındırsanki bir ürəkdədi.Qranitdi - səslərinGülüşlərin, sözlərin,Nəğmələrin vəhdəti.Hazırcavab fransız,büllur nəğməli hindli,Doğma dilləri kimianlayırdı bir dili:O dil - təbəssüm, ya daBaşımız üstə uçanGöyərçinlər diliydi.Moskva - ölkələrinMəhəbbət mənziliydi,Orda Azərbaycanıncavanları da vardı,Qürur bayrağımızıön sırada apardı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri