Yazıya bax, gözəl gedir çirkinə,Əğyar olan alagözə mil çəkər.Bu ağrıdan ürək yanar, od olar,Naləsini dodaq çəkər, dil çəkər.

Dərdimiz bir, sərimiz bir dünyada,Fələk zalım, taleyimiz kür dünyada,Murad almaq bir əcəb sirr dünyada,Çərx hərlənər, neçə-neçə il çəkər.

Aşıq Nəsib, bas sinənə sazını,Qadir Allah qara yazdı yazını.Sözünü de, bilməsən də yazını,Qəm karvanın çəksə-çəksə fil çəkər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale