Mən sevdim, bir özgə yan apardı,Neyləsin bu yerdə fağır, ay könül?Toxdaya bilmirəm, gözdən yaş gedir,Dərdim artıb olub ağır, ay könül.

Həyat çox şirindi, olarmı doymaq,Mənə ayran düşdü, düşmənə qaymaq.Dolansam neçə el, oba, həm oylaq,Qəm yenə başıma yağır, ay könül.

Üstümdə duranım bir Yaradandı,Onadı imanım, onadı andım.Nəsibəm, oduma alışdım, yandım,Dardayam, Allahı çağır, ay könül.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri