Deyişmə: Bizdən salam olsun aşıq Nadirə
— Məhəmməd:Bizdən salam olsun aşıq Nadirə,Göydən yerə neçə varaq enibdir.Kimin xoşluğuna yarandı dünya,Kimin ecazına buraq enibdir.
Neçə qanadı var, neçə başı var,Neçə dırnağı var, neçə dişi var,Sən bilirsən onun neçə yaşı var,Bil kim neçə yerdən rəvaq enibdir.
O kimdi cənnətdə yarandı baqi,O kimdi məclisdə olubdu saqi,Nə ilən yanar piltənin yağı,O kimdi əlində çıraq enibdir.
O kimdi yapdırdı Kəbə sərani,O nədir yazar ağı-qaranı,O kimdi canında saxlar yaranı,O kimdi imandan iraq enibdir.
— Nadir:Bizdən salam olsun aşıq Məhəmmədə,Göydən yerə yetmiş varaq enibdir.Məhəmməd xoşluğuna yarandı dünya,Əli ecazına buraq enibdir.
Yetmiş qanadı var, yetmiş başı var,Yetmiş dırnağı var, yetmiş dişi var,Sən bilirsən onun neçə yaşı var,Sidrətül-müntəhadan rəvaq enibdir.
Adəmdir cənnətdə yarandı baqi,Məhəmməd məclisində Əlidi saqi,Zeytun ilə yanar piltənin yağı,Fatimə əlində çıraq enibdir.
İbrahim yapdırdı Kəbə sərani,O qələmdir yazar ağı-qaranı,Əyyubdur canında saxlar yaranı,O şeytandı imandan iraq enibdir.
Kitabxana.az · https://kitabxana.az/works/varxiyanli-mehemmed-deyisme-bizden-salam-olsun-asiq-nadire
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
DağlarZinəti nərgizdən, tər bənövşədən,Al-yaşıl geyinib şad olan dağlar.
OlarNagahdan atılsa mərd igidə daş,Görmə bir kimsədən, o dostdan olar.
EylərEy ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər