İndi yaydı, payız qışı daldadı,Bülbül intizardı yaz olmağma.Eşqindən ciyərim qara bağladı,Heç şəkmi var yanıb köz olmağma?!

Sevdiciyim geymiş yaşıl, alları,Yaşılbaşlar çəm-xəm eylər gölləri,Ceyran da otlayar, gəzər çölləri,İstər ki, qabağı düz olmağma.

Məhəmmədəm, eşqim mənim təxtimdi,Qəddimi yay edən qara bəxtimdi,Əlim işdə, çox darmacal vaxtımdı,İncimə sözlərim az olmağma.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq