Müxəmməs
Zivər nə səzadır sənə ey dilbəri-ziba!Binəqs yaratmış səni ol xalqi-yekta!Deş bağrını dürdanələrin, boynuna asma!Et vəsməyə sən qaşü qabaq, ey qədi mina!Yum gözünü həm sürmədən, ey gözləri şəhla!
Kirşan, sənəma, ayineyi-ruyun edər tarQoy həsrəti-vəchində ərisin onu zinhar.Gər qazə dəxi meyli-rüxun eyləsə izhar,Tök qanını öz dəstin ilə, ey büti-əyyar!Axır nəçidir vəslini o edə təmənna?!
Hüsnün sözü hər firqəyədir türfə fəsanə,Salmış bu zaman mehri-rüxun şölə cəhanə.Döndərdi sənin rəşki-ləbin badəni qanə,Düşsün tora, ya rəb, girə gər zülfünə şanə,Onun nə rəvadır düşə başına bu sövda?!
Əngüştərinin gözünə barmaq ola hər dəm,Gər meyl qıla kim ola dəstində mükərrəm,Əlbəttə edərsən kəmərin qamətini xəm,Bundan sora ta edə miyanın həvəsin kəm,Lütfü nəzərin kəsmə vəfadardan əmma!
Tiflis müsəxxər sənə, ey düxtəri-tərsa!Aşiqlərinə məbəd olub deyrü kəlisa!Məndən sənə vəsf istədi şıxlı Əli Ağa,Dedim: səni vəsf etməyə manəndi-MəsihaRuhülqüdüs imdadı gərək nitqi-Məsiha.
Kitabxana.az · https://kitabxana.az/works/axundzade-muxemmes
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Cənab Ruhül-qüds!“Kəmalüddövlə”nin mükəmməl nüsxəsini sizə göndərmək istəyirəm. Lakin onu sizin özünüzün məsləhət gördüyünüz şəxsdən başqa, sizə gətirmək üçün heç kəsə tapşıra bilmərəm. Bir də sizin ikinci məktubunuzdan mən və Şeyxülislam sizin İstanbuldakı hazırkı vəziyyətinizi başa düşdük ki, nədənsə, qəlbiniz bir qədər kədərlənmişdir. Əlbəttə, bu ürək sıxıntısının başqa bir səbəbi yoxdur. Səbəb ancaq odur ki, sizin müasirləriniz fikrinizi və sözlərinizi başa düşmürlər və lazım olan hümmət və qeyrətə malik deyildirlər.
Mirzə Mustafa xanaƏzəmətli ağam, böyük əmirlər nəticəsi, xaqana yaxın olan mötəmənüssultan, yüksək mənsəbli, cəlal sahibi, hörmətli xarici işlər nazirinin birinci müavini Mustafa xan, Allah onun iqbalını daimi etsin, mülahizə Buyuracaqlar**Əzəmətli ağam Mirzə Mustafa xan, Allah cəlalınızı artıq eləsin!
Əli xanaƏzəmətli ağam Əli xan! Allah cəlalınızı daimi etsin!**Ramazan ayının 16-da yazdığınız məktub nə şirin məktub idi. Onu oxumaqdan aldığım ləzzət hələ də damağımdadır. Pak allah həzrətləri sizi dünyada kama çatdırsın ki, bu məyusluq günlərimdə mənə ümid müjdəsi verdiniz.
Mirzə Melkum xanaRuhi-rəvanım, Ruhül-qüds!Nəhayət, mənə məlum oldu ki, məktublarımı sizə çatmağa qoymurlar. Bunun səbəbi nədir? Bu bədbəxt adamın kim olduğunu bilmirəm, siz özünüz orada arayıb axtarın. Bu qədər deməliyəm ki, mən vəziyyəti olduğu kimi və müfəssəl surətdə sizə yazıram.