Cəfərqulu xana
Səlam olsun məndən sərkar xana,Mollalardan bir az edim şikayət.Münkirdirlər əhadisə, qurana,Çifaidə gecdir hələ qiyamət!Yetmişəm bulardan qələd cana,Heç birisi yoxdur gələ imana.Görməmişəm belə əsrü zamana,Bular sarı nahəqq etdik siyahət!
İstəmənik derlər xətti-cədidi,Əbəs yerə döymə soyuq hədidi,Üştüri-binoxta hərgiz büdidi?Bizlərdə nöqtəsiz olmaz kitabət!
Qəzəb etsin tanrı belə millətə!Rəva deyil bular girə cənnətə,Nə vacibə qail, nə də sünnətə,Görməsinlər peyğəmbərdən şəfaət!..
Biri söylər: “Nədir bu nuni-səğir?Lazım deyil bizə nə zəbər, nə zir!Yazacağıq elə begiri Bəkir!Sən ha çığır-bağır elə məlamət!”
Bir neçəsi üzdə müsəddiq olur,Qaib olur məndən, münafiq olur.Mirzə Əli ancaq ki, sadiq olur,Yerdə qalan cümlə tapır zəlalət!
Bilmirəm ki, nədir bu işə çarə!Gəlimmi mən Qarabağa dübarə?Olmasa gər xandan cüzi işarə,Əlifbey sarıdan olmanam rahət!
Kitabxana.az · https://kitabxana.az/works/axundzade-ceferqulu-xana
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər tərəfdən əhli-islamə bu gün təbşirdir.Kim Suleyman şahə Asəfvəş vəzirü mirdir.
Həcvi-Əbdürrəsul xanDünən İranın paytaxtındanAraq düşkünü, pərişan bir qoca gəldi;
MədhiyyəKapitan İqranoviç haqqında*Şahi-şahan imperator, xosrovi-keyvan sərir,
Səidə xitabSəida, nuri-çeşmim, bir nəsihət daxı məndən al!Ülumə sərfi-səy et, bulhəvəslik yoluna varma!
Başqa şairlərin şeirləri
Məni eşqə salan dilbər,Sən ha belə deməmişdin,
Mürəbbə: Bir ala gözlünü sevdi könülBir ala gözlünü sevibdi könülDəhanı pistədir dodağı ballı
Kənd alverçisi1Görməmişdi ümum kəndistan
Zülfi-xəmin ki, xəlq deyərlər, kəmənd onaZülfi-xəmin ki, xəlq deyərlər, kəmənd ona,Bir damdır ki, aləm olub payibənd ona.