Şükür haqqa, yenə gördüm üzünü,Bağ, çəmən seyrində gəzən novcavan.Bir danış, eşidim xoş avazını,Dahanına nabat əzən novcavan.

Sidq ilə çevirdim sənə yönümü,Apardın ağlımı, din-imanımı,Qıya baxıb aldın şirin canımı,Məstinə gözlərin süzən, novcavan.

Sənsən Məhəmmədin canı, cananı,Cənnəti-rizvanı, huri-qılmanı,Yüz min möhnətinən sevmişəm səni.Görüm nə yazıbdı, yazan, novcavan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri