Yoxdur
şıqlar çıxıbdı Kür qırağına,Heyif kənarında sonası yoxdur!Bahar fəsli yamyaşıla bürünər,Üç ay zimistanın havası yoxdur!
Dərin-dərin dəryalarda yüz yaşa.Əldə qələm, davat tutub yaz, yaşa!İstər əlli yaşa, istər yüz yaşa,Axır bu dünyanın vəfası yoxdur!
Olmuşam səhlənkar, düşmüşəm düzə,Məcnunun Leylisi görünmür gözə.Hicran xəstəsisən, Divanə Mirzə,Sənin bu dərdinin davası yoxdur!
Kitabxana.az · https://kitabxana.az/works/xeyyat-mirze-yoxdur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Cəng etsə cahana salar talanı,El içində aslan kimi dolanı,
UzaqSahiba, bir nəfərəm dövlətü izzətdən uzaq,Düşmüşəm şəhrdən avarə, vilayətdən uzaq.
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm
Ağca qızSəni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,