Cəng etsə cahana salar talanı,El içində aslan kimi dolanı,Ziri-dəst eylədi dövlət olanı,Zəmanənin qəhrəmanı söylənir.

Qəmzəsində qeyzə gəlsə damar qan,Diz çökdü çoxları dedi: əl-aman,Rüstəm-Zal kimi aldı şöhrəti-şan,Koroğlu sədalı ünü səslənir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri