Nəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm

Gecə evdə olub aslan, urarlar dəm qubernatdan,Sabah olduqda saldatı görüb zağ-zağ əsən gördüm

Uzun boylu, motal börklü, topa saqqal müsəlmanlar,Bir ac kəsbər hüzurunda durub boynun əyən gördüm

Müqabil bunlara hərgiz duran olmaz oğurluqda,Yalanı eyləyib sənət, söyüş-hədyan deyən gördüm

Oturmuş qulluq əmrində Qəzər, Vartan, Məqrtiçlər,Gedib baxdıqda zindana, Quli, Məhəmməd, Həsən gördüm

Niçün düşmüş bu zindana müsəlmanlar, deyib sordum,Baxıb quldur, qaçaq, oğru, fağır başın kəsən gördüm

Qoyub başa göy əmamə, hərə bir şoxqur at minmiş,Bütün peyğəmbər övladın payız xırman gəzən gördüm

Özü çox varlı bir seyid, əlində yaxşı sərmayə,Deyir lakin uşağına: götür torba, dilən gördüm

Gözəl adamdılar kürdlər, könün soysanda dinməzlər,Nə qədri varsa qulluqçu, hamı rüşvət yeyən gördüm

Biri borc eyləyib çoxlu, görürsən tapdı bir qulluq,Bir ildə cəm edib dövlət, onu ev tikdirən gördüm

Olub qulluqçudan bədtər nə qədri adlı bəy varsa,Biri lüti, biri zani, birin qan içən gördüm

Təsadüfi şeir

Başqa şairlərin şeirləri