Qartallar qıy vurmur, dönüb zamana,Fələk yaxşı fürsət verdi yamana.Baxan yox vicdana, nə də imana,Şahinlər düşübdü sar ayağına.

Köhlən belindədi dığa-mığalar,Dünənki nökərlər bu gün ağalar.Daha çanağından çıxıb bağalar,Çatıb vəzifəyə var ayağına.

Qaxdağan acları deyən toxalıb,Nə molla, nə axund, nə varlı qalıb.Nəsibin başına Allah daş salıb,Gətirib divana, zor ayağına.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri