Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftar
Oldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,Cəllad cəfapişə sitəmkarə giriftar,Bir kirpiyi ox qəmzəsi xunxarə giriftar,Ol nərgisi-məxmur,Ol arizi-pürnur,Ol hüsnünə məğrur,Mən xəstəvü rənçur,Oldum gənə bir qaşı-kaman yarə giriftar
Əhdim budu daim dolanım başına, ey yar,Bir xəlvət olan yerdə müyəssər ola didar,Vermə qəm eşqində mənə münçə sən azar,Min cövr ki gördüm mən, hicranzədə naçar,Əql oynadı sərdən,Od qalxdı ciyərdən,Bu ahi-şərdən,Oldum bu səhərdən,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar
Qəsdin nədir, ey qönçədəhən, sib zənəxdan,Gül qönçəsi rəşkindən olub çak giriban,Münçə nə geyibsən təngə yaşıl və əlvan,Mümkündürmi hər gündə qılam canımı qurban,Ey gülşəni-gülzar,Ey ləli-şəkərbar,Ey turrəsi-tərrar,Oldum mən naçar,Cəllad cəfapişə sitəmkarə giriftar
Hər sübh durub sürmələyib çeşmi-siyahı,Hər ruz şəb avarə edir mehrilə mahı,Bu qafilə çox görməsən ol əkri nigahı,Sərkəştə gəzirdim mənə qəhr etdi İlahi,Düşdüm belə dərdə,Min şur bu sərdə,Mənzur nəzərdə,Dil durduğu yerdə,Bir kirpiyi ox qəmzəsi xunxarə giriftar
Kitabxana.az · https://kitabxana.az/works/ibrahim-qafil-cigali-muxemmes-oldum-gene-bir-qasi-kaman-yare-giriftar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Məndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
Dərya kənarıBir gün qəmi-dövrandan usandı dili-zarım,Bir sahili-dəryayə tərəf düşdü güzarım.