Aşıq Ələsgərə

Dədələr dədəsi, dədələr xası,Aşıqlar içində pirdi Ələsgər.Nəsib şəyird misal ona qabaqda,Dünyaya gələndən birdi Ələsgər.

Göyçənin adını yazıb ellərə,Şirin söz-söhbəti düşüb dillərə,Çox təriflər deyib incə bellərə,Söz də çox təzədi, tərdi Ələsgər.

Nəsib fürsət düşdü üz-üzə gəldim,Belə bir ustadla göz-gözə gəldim,Hərbə-zorba oldu, söz-sözə gəldim,Gördüm açılmamış sirdi Ələsgər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri