Ey ateşi-cəhalətə büryan olan vətən!Pirayeyi-ülumdən üryan olan vətən!Ey dideyi-təhəssürü giryan olan vətən!Baxdıqca əhlinə ürəyi qan olan vətən!Ey kövsəri-maarifə ətşan olan vətən!

Ey səhneyi-fəcaye'ü ey məhşəri-əza!Ey məzhəri-vəqaye'ü meydani-Kərbəla!Xaməm deyir şu növhəni hər dəmdə bərmala:Zilzali-qəflət ilə pərişan olan vətən!Tufani-zillət ilə xürüşan olan vətən!

Hər zərrən, ey vətən, mənə matəmnümaydır,Hər bir evin laneyi-şivənfəzaydır,Ol dudlər ki, haili-ruyi-səmaydır,Girmiş səhab şəklinə ahü nəvaydır.Ey sübhü şam adəti əfqan olan vətən!Ey möhnətü səfalətə qurban olan vətən!

Qılmış üful nəyyiri-iqbalü şövkətin,Olmuş nikun heykəli-iclalü izzətin,Gündən-günə ziyadələşir hali-vəhşətin,Vəhşətləmi təxəmmür edilmiş hüviyyətin?Dərrəndəgani-vəhşətə meydan olan vətən!Baziçəgahi-zümreyi-tiflan olan vətən!

Məxrubə mənzərən ki, nəzərdə əyandurur,Hər mənzərən ki, canı yaxan bir fəqandurur,Viranə evlərin sənə ağlar lisandurur,Bunlar zavallı halına həp tərcümandurur.Ey laneyi-səadəti viran olan vətən!Üssi-əsası xaklə yeksan olan vətən!

Ey zindələr məzarı olan aşiyan, ah!..Afaqın üzrə durmada bir pərdeyi-siyah,Məsdud qaldı bizlərə şəhrahi-intibah,Qalma zülamdə, açıl, ey sübhi-inşirah.Ey zülmətin dəruninə qəltan olan vətən!Ey cənnəti-maarifi viran olan vətən!

Gəldim təsadüfən yetişib ehtizarına,Tökdüm sirişki-alimi solmuş üzarına,Yanmaqda, mədərim, ürəyim hali-zarına,Şimdi geriyə fatihəxanəm məzarına,Ey zibbəxşi-guşeyi-nisyan olan vətən!Ey vüsləti rəsideyi-hicran olan vətən!

Növxəndə güllərin niyə aya həzindir?Bülbüllərin şikəstəpər, üzlətgüzindir,Əshabi-cəhl cümlə səadətqərindirƏrbabi-mə'rifət hamu sərbərzəmindir,Ey tündbadi-cəhl ilə lərzan olan vətən!Ey qönçəzari-bəhcəti rizan olan vətən!

Gəldim qucağına əməyim şiri-şəfqətin,Biganə gəldimi sənə övladi-qürbətin?İştə budurmu zadənə ənzari-rə'fətin?Ey validəm, tükəndimi artıq məhəbbətin?Ey zadeyi-kəmalinə niran olan vətən!Ey cənnəti-məhəbbəti viran olan vətən!

Ey fitrətə müariz olan əhli-iştibah,Siz sönsəniz sönüz, sönəməz nuri-intibah!Afaqi-kainatdan doğuyor şö'leyi-səbah,Gül, ey cəmali-həqq ki, gülsün rüxi-fəlah!Sən də bir az ağla, a viran olan vətən!Könlüm misali əhli pərişan olan vətən!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri