Köhnə Şamaxının seyrin eylədim,Əl dəyməmiş təzə bağlar qalıbdı.Elə köçüb gedib ulusu, eli,İşlənməmiş ağ otaqlar qalıbdı.

Fələk, şad könlümdən alma həvəsi,Ayırma yarımdan, tutaram yası,Necə oldu bu seyvanın yiyəsi?Dərd-qəmi var, tamam ağlar qalıbdı.

Xəstə Qasım adım, şaha deyili,Çərxi-fələk, səndən mənəm gileyli,Elə köçüb gedib bivəfa Leyli,Bircə Məcnun, bir də dağlar qalıbdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale