Yarəb, məni cəfayə salan şad olmaya
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Yarəb, məni cəfayə salan şad olmaya!Səyyadi-zülmə seyd olub, azad olmaya!
Qəhri-xuda düçari ola, ta ki ömrü varOl qeyddən xilasına imdad olmaya!
Huri misal salim ola əhli-ruzigar,Bəlkə cahanda zülm ilə bidad olmaya!
Hər kimsə ki xərab qıla bir könül evin,Dünyavü axirat evi abad olmaya!
Bülbül təəşşüqün kəsə bilməzdi bağiban,Bağ içrə gər nəva ilə fəryad olmaya!
Bu çərx-kəcmədarda diyrinə rəsmdir,Bir barigah olmadı bərbad olmaya!
Məqtə — şairin təxəllüsü olan son beyt. Əhli-xuda, Kəminə, cəfa görsə səbr edər,Yarəb, görüm ki, gümrəhi irşad olmaya!
Kitabxana.az · https://kitabxana.az/works/kemine-yareb-meni-cefaye-salan-sad-olmaya
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Rəhi-eşq içrə mənzurum mənim ol tacdarımdır,Könül mülkündə sultanım, xücəstə şəhriyarımdır.
Saqiya, mey ver ki mən meyxanədə küllənmişəmSaqiya, mey ver ki mən meyxanədə küllənmişəm,Qəm hücumundan qaçıb bir küncdə gizlənmişəm.
Şuri-eşqin eyləyib bəs ki, məni divanəŞuri-eşqin eyləyib bəs ki, məni divanə,Şohreyi-şəhr olubam aləm-əra əfsanə.
QalıncaŞikar olub əldən ələ düşməsin,Qurulmuş torlara, felə düşməsin,
Başqa şairlərin şeirləri · Eşq
Çıxıb gül fəslində seyrə nigarım,Sənalar eylərəm baharü yayə.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
OlarHər yetən gözələ gözəl demərəm,Gözələ özgə bir əlamət olar.
OlmazAdam oğlu, yol ərkanın tanı bir,Yol ərkan bilənin yeri dar olmaz,