Rəhi-eşq içrə mənzurum mənim ol tacdarımdır
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Rəhi-eşq içrə mənzurum mənim ol tacdarımdır,Könül mülkündə sultanım, xücəstə şəhriyarımdır.
Əgərçi guşeyi-qəmdə şikəstəxatirəm, lakinSəri-kuyində dövr edən xəyali-biqərarımdır.
Kəməndi-eşqinə bağlı gedib könlüm, inanmazsan,Yoluna göz dikən şahid dü çeşmi-əşkbarımdır.
Şikənci-zülfdən könlüm mütəvvəl arizu eylərSəri-zülfün kimi bərhəm pərişan ruzigarımdır.
Sənin əğyar ilə könlün əgərçi şadü xurrəmdir,Həmişə naləvü əfğan mənim də şüğlü karımdır.
Sənin gər var isə bu qaməti-mövzun, ruxi-gülgun,Mənim də dövlətü cahım bu eşqi-paydarımdır.
Məqtə — şairin təxəllüsü olan son beyt. Kəminə bivəfa görsə səni, vallahı incinməz,Səni məndən iraq edən bu bəxti-kəcmədarımdır.
Kitabxana.az · https://kitabxana.az/works/kemine-rehi-esq-icre-menzurum-menim-ol-tacdarimdir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey gözüm, Əhmədə bax, gör. nə qəşəng oğlandır,Qəmi-hicrində onun qəmli könül virandır.
Əcəb sevdadı bu, sevdayə düşdümƏcəb sevdadı bu, sevdayə düşdüm,Rəhi-eşqin tutub qovğayə düşdüm.
Əlbəttə dili-şadə deyil kimsə qərinəƏlbəttə dili-şadə deyil kimsə qərinə,Həmta ola bilməz ona biçarə Kəminə.
Ənbərin buyu əgər dolmuş o geysulərdəƏnbərin buyu əgər dolmuş o geysulərdə,Belə xoş buy dəxi olmaz o xoşbulərdə.
Başqa şairlərin şeirləri · Eşq
با خیال تو حضوریست که نتوان گفتن
Bu Leyli LeyliEy ağalar, mən bu dərdə düşməzdimMəni dərdə saldı bu Leyli Leyli
VətənKönlümün sevgili məhbubu mənim,Vətənimdir, vətənimdir, vətənim.
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,