Qal indi
Obalarmız səf-səf olub yüklənir,Başı ala qarlı dağlar, qal indi.Biz içmədik abi-kövsər suyundan,Soyuq sular, tər bulaqlar, qal indi.
Bivəfasan, heç görmədim vəfan, yar!Tifil ikən çox çəkmişəm cəfan, yar!Mən öləndə kimlər sürər səfan, yar?!Fərş döşənmiş ağ otaqlar, qal indi.
Bivəfasan, vəfan yoxdu dünyada,Aşnanın sirrini verərsən yada.Şamamanı dərdirərsən xoryada,Səbzə-bostan, sarı tağlar, qal indi.
Xəstə Qasım, tamam oldu sözlərim,Eşq ucundan kabab oldu közlərim,Qərib yerdə, yad ölkədə gözlərim,Vətən deyib ağla, ağlar qal indi.
Kitabxana.az · https://kitabxana.az/works/xeste-qasim-qal-indi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İnsan oğlu qafil olma, aç gözün qəbristanə bax!Üz çevir haqqın yoluna, haqq ilə divanə bax.
MənSəyyad oldum, səhra gəzdim,Tor qurdum tərlana mən.
MənimAdəmdən xatəmə, natiqi Quran mənim,Din mənim, məssəb mənim, yol mənim, ərkan mənim,
ÜçBir əcayib nəstə gördüm, kökü bir, budağı üç,Hər ağacdan altmış çiçək, yüz səksən yarpağı üç.
Başqa şairlərin şeirləri · Eşq
Bir rəmzilə yarırn edər əhli-dilə qaş-göz,Tari bili, xalq eyləyə bilməz elə qaş-göz.
Kölgələnən qızıl dağlarKölgələnən qızıl dağlar görünür,Yaşıl ipək pərdələrin ardından.
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
GörAşiq olub gəzən diyarbadiyar,Məddəsiz, mənasız söz olarmı, gör?