Qurbanı
Qəriblikdə mənə həmdəm olan yar,Bir bəri gəl, ayaqların qurbanı.Şikəstə könlümə məlhəm olan yar,Dilin, dişin, dodaqların qurbanı.
Könlüm istər yara qurban olmağa,Dolanıb başına heyran olmağa.Ala gözlü yara mehman olmağa,Fərş döşənmiş otaqların qurbanı.
Xəstə Qasım, sən yolundan azarsan,Məcnun kimi səhraları gəzərsən.Ala gözlü yara namə yazarsan,Qələmdanın, barmaqların qurbanı.
Kitabxana.az · https://kitabxana.az/works/xeste-qasim-qurbani
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yaxşıdı
Dəli könül, məndən sənə əmanət,Demə bu dünyada qalım yaxşıdı.
YaxşıdırQüdrətən sən bir məclisə varanda,Yaxşı əyləş, yaxşı otur, yaxşı dur.
Tər gülər SənəmTər getdim tər yarın tər xanəsinə,Tər mehman, tər eylər, tər gülər Sənəm,
Ahular məniGecə-gündüz ağlaram mən dərində,Qocaltdı nalalar, ahular məni.