Yaxşıdır
Qüdrətən sən bir məclisə varanda,Yaxşı əyləş, yaxşı otur, yaxşı dur.Dindirəndə mərifətdən ver xəbər,Görən desin, bərəkallah yaxşıdır.
İgidin mərfəti gərək dilində,Qocanın əsası gərək əlində,Biqeyrət oğulun ata yerində,Qaldığından qalmadığı yaxşıdır.
Adam var ki, özgə bir işi bilməz,Qocalar da var ki, heç namaz qılmaz,Elə qohum var, bir məsrəfə gəlməz,Qeyri yadlar çox qohumdan yaxşıdır.
Xəstə Qasım bir vaxt gəlir qonağın,Ona məsrəf olar düyilə yağın,O çox gülər, üzdən açıq qabağın,Bir şirin dil hamısından yaxşıdır.
Kitabxana.az · https://kitabxana.az/works/xeste-qasim-yaxsidir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Lal olur bülbüllər sovulanda gül,Lalə libas geyinmisən, Sənəm, al!
YayınurBir gözəlin camalına mayılam,Nə müddətdir gözəl məndən yayınur,
Yayılan məniPayız dərdim, qış möhnətim, yaz qənim,Hicran tapdaq etdi yayılan məni.
Tər gülər, SənəmTər getdim tər yarın tər xanəsinə,Tər mehman, tər eylər, tər gülər Sənəm.
Başqa şairlərin şeirləri
Hər kimin dünyada yarı mərd ola,Aşiqindən qılmaz qət'i-məhəbbət,
Gəncə xanlarınaDəst pədərəm babat,Bürid və kərdə mat,
Qəzəl: Götür zülfi-çəlipanı üzari-hurtəl'ətdənGötür zülfi-çəlipanı üzari-hurtəl'ətdən,Məh ü mehr aşikar olsun səhabi-zəngi-qəflətdən
Yeriməz salik olan rahi-rizadən qeyriYeriməz salik olan rahi-rizadən qeyri,İstəməz arif olan cövrü cəfadən qeyri.