Yayınur
Bir gözəlin camalına mayılam,Nə müddətdir gözəl məndən yayınur,Mən qurbanam ağ üzündə o xala,Zənəxdanın şöləgahı yayı nur.
Xəstə könlüm yar bəsləmiş, həmdərdi,Dərdbilməzə demək olmaz həm dərdi,Bir igidin yaxşı olsa həmdərdi,Qışı nurdur, yazı nurdur, yayı nur.
Xəstə Qasım bu ləzgini yaratar,Çətin gündə çətin səni yar atar,Üz çevirsə, müjgan oxun yar atar,Əli nurdur, oxu nurdur, yayı nur.
Kitabxana.az · https://kitabxana.az/works/xeste-qasim-yayi-nur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bu dünya, o dünya var,Allah, ölümün haqdı!
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu
Şahpalut"Şahpalut" necə xoşca yaraşır aş üstə,Odə çox xoş yazasan göndərrəm baş üstə
GəlmisizToy-düyündən gələn qızlar, gəlinlər,Toyunuzdan əcəb hallı gəlmisiz.