Sevdiyim
Qədəm basdın didələrim üstünə,Sən xoş gəldin, səfa gəldin, sevdiyim!Qurban olum siyah çeşmin məsdinə,Nə əcəb insafa gəldin, sevdiyim!
Sabahadək didələrim uymazdı,Seyrağıblar qanımızdan doymazdı,O zalımlar səni mənə qıymazdı,Sən elədin vəfa, gəldin, sevdiyim!
Əndəlib1 tək ayırdılar gülümdən,Ah çəkərəm ürəyimdən, dilimdən,Əğyar tənəsindən, mənim elimdən,Çəkdin cevri-cəfa, gəldin, sevdiyim!
Yar yanmda yaslanaram mən yüz il,Sən təzə qönçəsən, mən şeyda bülbül,Bu dərd məni öldürərdi, yəqin bil,Sən dərdimə şəfa gəldin, sevdiyim!
Mən Qasımam, sinəm haqqın kəlamı,Şükür haqqa, yar eşidib nalamı,Camalm şöləsi basmış alamı,Düşmüş qafdan, qafa gəldin, sevdiyim!
Kitabxana.az · https://kitabxana.az/works/xeste-qasim-sevdiyim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Milləti-məhzunu binitqü nida görməkdəyəm,Mübtəladır cəhlə, dərdin bidəva görməkdəyəm.
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
Desəm dünya qədər...Desəm dünya qədər sevirəm səni, inanma,Desəm səma qədər sevirəm səni, inanma.
GördümÇəmənlər qoynunda, güllər içində,Mən səni çiçəklər əlində gördüm.