Desəm dünya qədər sevirəm səni, inanma,Desəm səma qədər sevirəm səni, inanma.Desəm sellər qədər sevirəm səni, inanmaDesəm güllər qədər sevirəm səni, inanma.

Bəzən dil yanılar, dil çaşa bilər,Ürəkdən sorğusuz danışa bilər.Gəlməz nə hesaba, nə saya sevgim,Sığışmaz bu geniş dünyaya sevgim.Dünyaya sığmayan bu sevgim ki, varMənim ürəyimdə yaşayar, qalar.Ürəyimdə çatar əbədiyyətə,İnan bu sevgiyə, bu məhəbbətə...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq