Sənət sehrlidir
Sonsuz bir nəğməsən, sən zaman-zamanGah bəmdə ötürsən, gah zildə, dəniz.Səni dinləyirəm, qəlbim nigaranDurmuşam bayaqdan sahildə, dəniz.
Səsindəki ahəng, o titrəyişlərŞirin bir xəyaltək aparmış məni.Sənət sehrlidir, yaxşı demişlər,Nəğmən sahilimdən qoparmış məni.
Baş alıb getmişəm mən ümman-ümman,Dalğalar olubdur yelkənim mənim.Oxu, o füsunkar səsinə qurban,Yadıma düşübdür vətənim mənim.
Oxu, ləpələri çal ud yerinə,Hər simdə gah ağla, gah gül, ey dəniz!Bürünüb səhərin şəfəqlərinəKövrəlmiş sinəmə tökül, ey dəniz.
Oxu Qara dəniz, qayna, köpür, sən,Susma, qoy xəyalım köç etsin mənim.Məni nəğmələrlə saxla, ötür sən,Yadıma düşübdür vətənim mənim.
Kitabxana.az · https://kitabxana.az/works/medine-gulgun-senet-sehrlidir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Görsəm, ey gül, ölərəm bir də səni xarilə,Əvvəl öldür məni, get sonra gəz əğyar ilə.
Aqronom oğlanKəndimizə gələn, aqronom oğlan,Tarlalar əlinlə gülzara dönür.
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəmBilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,